"Neftçi"nin baş məşqçisi nəticədən razı qalmayıb

11.07.2022 16:05 446
Premyer-liqa
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışında yerli "Sivasspor"a 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışıb.

Football-plus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis futbolçulardan razı qaldığını söyləyib:

"Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Bu gün bəzi epizodları sağa-sola xərclədik. Baxmayaraq ki, son həftə çətin və məşqlər keçmişik. Hər oyunda həm A, həm də B variantı olur. Hər iki sistemə hazır olmalıyıq. Yoldaşlıq görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik".


Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında Türkiyə "Sakaryaspor"u ilə 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.