Azərbaycanlı futbolçunun komandası mübarizəni dayandırdı

12.07.2022 09:48 392
Dünya futbolu
Latviya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, Asim Əlizadənin çıxış etdiyi “Dauqavpils” bu raundda “Auda” ilə qarşılaşıb. Görüş azərbaycanlı futbolçunun komandasının məğlubiyyəti ilə başa çatıb – 1:2.

Asim bu matçda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb. “Dauqavpils” bu nəticə ilə kubokda mübarizəni dayandırıb.