Azərbaycanlı futbolçu darmadağına üzüldü

1.07.2022 13:16 433
Dünya futbolu
Latviya çempionatında 20 turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, “Dauqavpils” səfərdə “Riqas Futbol Şkola” ilə qarşılaşıb.

Asim Əlizadənin komandası bu oyundan 0:4 hesablı məğlubiyyətlə ayrılıb. Start heyətində meydana çıxan azərbaycanlı yarımmüdafiəçi fasilədə əvəzlənib.

Qeyd edək ki, “Dauqavpils” 24 xalla 6-cı pillədədi.