Asimin komandası bərabərə qaldı

3.04.2022 18:30 630
Ölkə futbolu
Latviya çempionatında 3-cü turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Asim Əlizadənin çıxış etdiyi “Dauqavpils” "Valmiera" ilə üz-üzə gəlib və matçdan 0:0 hesablı heç-heçə ilə ayrılıb.

Azərbaycankı futbolçu bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

​Qeyd edək ki, “Dauqavpils” 3 turdan sonra 4 xalla 10 klub arasında 6-cı pillədə qərarlaşıb.