Azərbaycanlı futbolçuların komandası məğlub oldu

29.05.2022 09:59 367
Ölkə futbolu
Latviya çempionatında 16-cı turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Asim Əlizadə və Şakir Seyidovun çıxış etdiyi “Dauqavpils” "Auda"nı qəbul edib və matçdan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Şakir oyunun iştirakçısı olub. Start heyətində meydana çıxan Seyidov sona qədər oyunda olub. Asim isə sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, ​“Dauqavpils” 16 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb