"Borussiya"da yeni baş məşqçi

23.05.2022 19:11 466
Dünya futbolu
"Borussiya"nın (Dortmund) yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Terziçlə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb. 39 yaşlı mütəxəssis bu vəzifədə Marko Rouzu əvəzləyib.

Qeyd edək ki, Terziç 2018-ci ildən “Borussiya”da (Dortmund) Lüsien Favrın köməkçisi kimi çalışıb.