Azərbaycanlı futbolçu oynadı, komandası məğlub oldu

7.05.2022 09:39 479
Dünya futbolu
Latviya çempionatında 11-ci turun oyunları keçirilib

"Football-plus.az" xəbər verir ki, Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” da növbəti maçtına çıxıb.

Sözügedən kollektiv səfərdə “Auda” ilə qarşılaşıb. Azərbaycan millisinin sabiq üzvünün komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Vüqar da bu görüşün iştirakçısı olub. Hücumçu start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.

Qeyd edək ki, “Super Nova” 11 turdan sonra 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.