Rusiya çempionatında 23-cü turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Ayaz Quliyevin çııxş etdiyi “Arsenal” (Tula) “Axmat”la üz-üzə gəlib və matçdan 0:0 hesablı heç-heçə ilə ayrılıb.
Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olub. O, ilk "11-lik"də meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Arsenal” 23 turdan sonra 21 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.