Seyidovun komandası qalib gəldi

1.05.2022 11:38 536
Ölkə futbolu
Latviya çempionatında 10-cu turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, U-21 yığmamızın üzvləri olan Asim Əlizadə və Şakir Seyidovun çıxış etdiyi "Dauqavpils" səfərdə "Tukums"la üz-üzə gəlib və matçdan 1:0 hesablı qələbə ilə ayrılıb.

Seyidov 68-ci dəqiqədə meydana çıxıb. Əlizadə bütün oyunu ehtiyat skamyada keçirib.

Qeyd edəki, "Dauqavpils" 10 tur sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.