İspaniya klubunda gözlənilən istefa

26.05.2022 22:24 398
Dünya futbolu
İspaniya La Liqasında məşqçi istefası baş verib.

“Atletik” rəhbərliyi baş məşqçi Marselino Qarsiya Toralla yolları ayırıb. Bilbao klubunun rəsmi saytının yaydığı xəbərə görə, 57 yaşlı mütəxəssis iyunun 30-da qüvvədən düşəcək müqaviləsini yeniləmək istəməyib.

Qeyd edək ki, İspaniya mətbuatı bir müddət əvvəl Qarsiya Toralın klub rəhbərliyi ilə münaqişəsinin olduğunu xəbər vermişdi. O, “Atletik”i 2021-ci ildən çalışdırırdı.