Markos Alonso yayda “Çelsi”ni tərk etməyi planlaşdırır.
İspaniyalı futbolçunun vətəninə qayıtmaq şansı var. “Barselona”nın artıq onun agenti ilə təmas qurduğu məlum olub. Jurnalist Fabritsio Romano 31 yaşlı Markosun yenidən La Liqada oynamaq istəyində olduğunu bildirib.
“Real”ın yetirməsi olan Alonso bu komandada İspaniya çempionatında 2010-cu ildə yalnız bir oyun keçirib. Onun indiyəqədərki peşəkar karyerası “Bolton”, “Fiorentina”, “Sanderlend” və “Çelsi”də keçib.