Şahin Diniyev: "Sabah" ilə "Qəbələ" haqda nəsə demək çox çətindi" - AÇIQLAMA

13.05.2022 22:56 701
Premyer-liqa / Manşet
Azərbaycan premyer-liqasının sonuna iki tur qalsa da, Konfrans Liqasına vəsiqə verən 3-cü və 4-cü yerlərin sahibləri müəyyənləşməyib.

"Football-plus.az" xəbər verir ki, hazırda "Zirə", "Qəbələ” və “Sabah" arasında ölüm-qalım savaşı gedir.

Görəsən, adıçəkilən klublardan hansılar bu mübarizədə daha şanslıdı? Məsələ ilə bağlı fikirlərini öyrənmək Şahid Diniyevə müraciət etdik. Məşqçilər Komitəsinin üzvü "qartallar"ı bu yarışda üstün hesab edir:

"Fikrimcə, 27-ci turda "Zirə" böyük ölçüdə 3-cü yeri təmin etməklə Konfrans Liqasına vəsiqə qazanacaq. "Sabah" ilə "Qəbələ" haqda isə nəsə demək çox çətindi. Hər iki komanda 4-cü yerə iddialıdı. "Sabah" qış fasiləsindən sonra gözəl oyunu, qələbələri ilə diqqəti çəkirsə, "Qəbələ" son iki görüşdə qələbə qazanmaqla təslim olmayacağını göstərdi. Bu iki komandanın taleyinə son turda, öz aralarındakı oyunda aydınlıq gələcək".


ABDULLA İSMAYILOĞLU