• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah”ın futbolçularında özünəinam aşkar hiss olunur” - AÇIQLAMA

Premyer-liqa / Manşet

14-04-2022, 16:0

Premyer-liqada sona yaxınlaşırıq. Finişə, sadəcə, 6 tur qalıb. 22 turdan sonra turnir cədvəlinə 52 xalla “Qarabağ” başçılıq edir.

Son ölkə çempionu “Neftçi” 41 xalla 2-ci, “Zirə” 36 xalla 3-cü, “Qəbələ” 34 xalla 4-cü pillədə qərarlaşıb. Beşinci “Sabah”ın isə 32 xalı var. Göründüyü kimi, son 3 komanda arasında “avrokubok zonası”na düşmək uğrunda gərgin mübarizə gedir. Son turda “qartallar”ı məğlub edən Masazır təmsilçisi rəqibləri ilə fərqi azaldaraq Konfrans Liqasında iştirak iddiasını artırıb. Eyni sözü Rəşad Sadıqovla Elmar Baxşıyevin komandası haqda demək çətindi. “Tələbələr”lə müqayisədə bu iki kollektivdə eniş müşahidə olunur. “Zirə” 4, “Qəbələ” isə 5 oyundu qələbəyə həsrət qalıb. Sözsüz, bir ay öncə futbol ictimaiyyətinin 90 faizi ilk “4-lük”də aşkar favorit “Qarabağ”ı nəzərə almasaq, “Neftçi”, “Zirə” və “Qəbələ”nin yer alacağını deyərdi. Doğrudu, bu adlar hələ də yerində qalıb. Ancaq vəziyyət kəskin şəkildə dəyişib. İlk iki pilləni əzəli rəqiblərin tutacağı artıq böyük ölçüdə həll olunub. Sonrakı iki yerdə hansı komandaların qərarlaşacağını demək isə çətindi. Bunu nəzərə alaraq mütəxəssislərin fikrini öyrənməyi lazım bildik.

Tanınmış məşqçi Rövşən Babayevin məsələ ilə bağlı fikirləri belə oldu:

“Son matçlar da göstərdi ki, “Sabah”ı avrokubok siyahısından silmək heç də düzgün deyil. Hazırda çox gözəl ritm yaxalayıblar və əla oyun nümayiş etdirirlər. Bunun nəticəsidi ki, son turlarda komanda davamlı qələbə qazanır. “Qəbələ”nin isə oyununda eniş hiss olunur. Bu da futbolda yaşana biləcək haldı. Ardıcıl 5 oyunda maksimum nəticə qazana bilməyiblər. Bu da çempionatda intiriqanın davam etməsinə səbəb oldu. Çünki hələ heç nə dəqiqləşməyib. Buna nümunə kimi “Zirə”nin “Sabah”a, “Qəbələ”nin “Səbail”ə qarşı oyunlarını göstərə bilərik. Qarşıda 6 tur var. Fikrimcə, hər şeyə son turlarda aydınlıq gələcək. Kimin hansı yeri tutacağını dəqiq demək mümkün deyil. Amma yenə də “Sabah”ı yaddan çıxarmaq olmaz. Onların hələ “Qəbələ” ilə də vacib oyunları olacaq. Masazır təmsilçisi Murad Musayevin gəlişindən sonra çox yaxşı performans sərgiləyir. Futbolçularda özünəinam aşkar hiss olunur. Mən özüm də “Sabah”da uzun müddət işləmişəm. Onu deyə bilərəm ki, bu gün çempionatımızda ən yaxşı oyun göstərən, performans sərgiləyən komandalardan biri də məhz onlardı. Nəticə baxımından da uğurludular. “Qəbələ”də isə son 5 turdu bunu müşahidə edirəm: zədəliləri çox oldu və optimal heyətlə çıxış edə bilmədilər. Aparıcı oyunçularının çoxu zədədən əziyyət çəkirdi. Vərəqə cəzalısı olanlar da var idi. Düşünürəm ki, “Səbail”lə oyun onlar üçün ruh düşkünlüyünə səbəb oldu. Növbəti turda “Sumqayıt”la üz-üzə gəlirlər. Məncə, bu matç “Qəbələ” üçün heç də asan keçməyəcək. Üzərlərində təzyiq də çoxdu. “Kimyaçılar” Aleksey Baqanın gəlişindən sonra hələ heç nə ilə yadda qalmayıb. Ayxan Abbasovun vaxtında qat-qat üstün futbol oynayırdılar. Onlar bu matçda mütləq nəticə qazanmaq istəyəcəklər. Sözsüz, bölgə təmsilçisi üçün bu görüşdə 3 xal qazanmaq çox vacibdi. Deyərdim, hava-su qədər lazımdı. Çünki “Qəbələ” xal itirəcəyi və “Sabah” bölgə təmsilçisini qabaqlayacağı halda, bir də inanmıram ki, şansları qalsın. “Zirə” isə çox yaxşı start götürmüşdü. İkinci dövrədə daha da üstün olub maksimum nəticə qazanmışdılar. Ancaq son oyun onu göstərdi ki, “qartallar”da hələ də çatışmayan məqamlar var. Epizodlardan düzgün istifadə edə bilmirdilər. Buna baxmayaraq, “Zirə” bu gün çox yaxşı, baxımlı futbol nümayiş etdirir. Düşünürəm ki, 4-cü yer uğrunda rəqabət “Sabah”la “Qəbələ” arasında olacaq. Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb və uğurlu performans sərgiləyirlər. Onların avrokuboklara düşmək şansı çoxdu”.

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

15-04-2022, 13:0

"Ümid edirəm ki, Avropaya vəsiqə qazananlardan biri də “Qəbələ” olacaq" - AÇIQLAMA

Ölkə futbolu

27-03-2022, 11:0

"Zirə" "Qəbələ"yə qarşı

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • 2-06-2026, 21:0
    Burak Yılmaz Fransaya yollanır?
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 199
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 187
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə