• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İstədiyimiz nəticəni ala bilmədiyimizə görə belə qərar qəbul olundu” - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu

2-05-2022, 22:0

Bir neçə gün öncə Bakı Olimpiya Stadionunda (BOS) AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl qurumun prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. Ona mərkəzin iş prinsipi ilə bağlı məlumat verilib. Abdullayev daha sonra FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunan icraçı vitse-prezident Elxan Məmmədova İcraiyyə Komitəsi adından uğurlar arzulayıb.

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2022/23 mövsümündən etibarən "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan" 1-ci divizionda çıxış etsin.
2. Azərbaycan çempionatında legioner limitinin “6+5” sistemi ilə tətbiqi davam etdirilsin.
3. Premyer-liqada gənc futbolçular üçün yaş limiti ləğv olunsun.
4. Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməsin (3 əvəzetmə saxlanılsın).
5. 2022/23 mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50 min manat müəyyənləşdirilsin.
6. 2023/24 mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edə bilər. 12 legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50 min manat müəyyənləşdirilsin.
7. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılsın. Əsasnamə 1 ay ərzində İcraiyyə Komitəsinə təqdim olunsun.

Müzakirələrin gedişatı və qəbul olunan qərarlar ilə bağlı AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqovla danışdıq.

- Əksəriyyətin təxmin etmədiyi bir qərar qəbul olundu. Təbii ki, gənc futbolçu limitinin ləğvini nəzərdə tuturuq. Sizcə, bu dəyişiklik U-21 yığmamıza necə təsir göstərəcək? Nəzərə alaq ki, bu tələb 10 ilə yaxındı icra olunurdu.

- Necə təsir edəcəyini zaman göstərəcək. Amma biz 2012-ci ildən etibarən bu limiti tətbiq edirdik. İstədiyimiz nəticəni ala bilmədiyimizə görə belə qərar qəbul olundu. Klublar Komitəsinin sədri də İcraiyyə Komitəsinin üzvlərinin önündə çıxış edərkən klubların xahişlərindən birinin də gənc oyunçu limitinin ləğvi ilə bağlı olduğunu bildirdi. Bu məsələni çox götür-qoy etdik. Bildiyiniz kimi, premyer-liqada əlavə iki, divizionda isə üç komanda çıxış edəcək. Buna görə də belə qərara gəldik ki, gənc futbolçular özlərini göstərmək imkanı əldə edəcəklər. Rəqabətə dözümlü oyunçular yetişəcək.

- Əvəzetmə sayı dəyişmədi, 3 olaraq qaldı. Halbuki siz qəzetimizin ötən sayında bu rəqəmin 5 olmasının tərəfdarı olduğunuzu demişdiz…

- Bu məsələ ilə bağlı xeyli müzakirə oldu. Sonda komandalar arasında balansın pozulmaması üçün 3 əvəzləməni saxladıq. Çünki bəzi geniş heyətə malik klublar bundan istifadə etməklə gücünə güc qata bilər. Lakin başqaları ehtiyatda olan futbolçuların səviyyəsinə və sayına görə çətinlik çəkir. Mövzu ilə bağlı çox təklif irəli sürüldü. Onlardan biri də əvəzetmə sayının 5 və meydana çıxacaq futbolçulardan birinin 21 yaşadək olması idi. Amma bu qəbul edilmədi. Əvvəldə də bildirdiyim kimi, gənc oyunçunun ehtiyatda oturub bir neçə dəqiqəlik meydana çıxacağını gözləməkdənsə, diviziona və premyer-liqaya yeni qatılacaq klublarda oynaması daha məqsədəuyğundu. Bu balansı pozmamaq üçün qərar qəbul etdik ki, hələlik 3 əvəzetməni qoruyaq.

- Region Liqasından 1-ci diviziona “Araz Naxçıvan”, “İmişli” və “Mingəçevir” gəldi. Bu klublar hansı meyarlara görə seçilib? Niyə məhz bu üçü?

- Bildirilmişdi ki, Region Liqasında ən az 3 il çıxış edən klublar 1-ci diviziona buraxılacaq. Bu meyar əsasında müzakirə aparıldı və bu 3 komanda seçildi.
- Bu klublara 1-ci divizonda çıxış etmələri üçün AFFA tərəfindən maddi yardım göstəriləcək?

- Qeyd edim ki, “Araz Naxçıvan”ın bütün xərcləri özünün qarşılayacağı bildirildi. Ancaq “İmişli” və “Mingəçevir” AFFA-dan maddi dəstək alacaq.

- “Araz Naxçıvan”ın yol xərcləri necə? Bunu da klub özü qarşılayacaq?

- Bəli. Klubun rəhbəri komandanın bütün xərclərini üzərinə götürdüyünü söylədi.

- Diviziondan premyer-liqaya gələcək klublarla bağlı müzakirə oldu?

- Xeyr. Çünki Lisenziyalaşdırma Komissiyasının cavabı hələ elan edilməyib. Ona görə də bu mövzuya toxunulmadı. Qərardan sonra bu məsələ dəqiqələşəcək.

SƏNƏM FƏRHADOVA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

4-06-2022, 13:0

Vaqif Sadıqov: “Ehtimal var ki, klublara böyük maliyyə dəstəyi olacaq”

Ölkə futbolu

28-04-2022, 18:0

İcraiyyə Komitəsi əvəzetmə sayının artırılmasını müzakirə edəcək

Ölkə futbolu

31-05-2022, 20:0

Premyer-liqada əvəzetmə sayı artırıldı

Premyer-liqa

18-04-2022, 14:0

Klublar legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələləri müzakirə etdi

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə