Türkiyə Futbol Federasiyası aşağı liqaların oyunlarını təxirə salıb.
Bu barədə qurumun rəsmi saytı xəbər yayıb. Buna səbəb ölkədə əlverişsiz hava şəraitinin gözlənilməsidi. Qurum 11 - 14 martda təşkili planlaşdırılan 1,2 və 3-cü liqalardakı matçların 18 - 21 martda keçiriləcəyini açıqlayıb. Namik Ələskərovun formasını geyindiyi "Bursaspor" martın 14-də 23-cü turda "Balıkəsirspor"la qarşılaşmalı idi.