Namik Ələskərovun formasını geydiyi "Bursaspor" Türkiyə 1-ci liqasında növbəti oyununu keçirib.
Bursa təmsilçisi 22-ci turdan təxirə salınan matçda "Eyüpspor"un qonağı olub - 0:3.
Qeyd edək ki, həmyerlimiz meydana start heyətində çıxıb və sonacan mübarizə aparıb. "Bursaspor" 26 oyundan sonra 25 xalla 18-ci pillədə qərarlaşıb.