“Mirror” qəzetinin məlumatına görə, məşhur cütlük Rusiya ilə müharibə nəticəsində əziyyət çəkən ukraynalı uşaqlara yardım məqsədilə UNICEF-lə birlikdə ianə yığımına start verib. Onlar aksiya üçün ilkin olaraq 1 milyon funt sterlinq ödəyiblər. Bekhem öz “instaqram” hesabında təqdirəlayiq təşəbbüsü ilə bağlı belə deyib:
“Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olur, ailələr dağılırlar. Uşaqları çarpayılarından götürürlər ki, gecə ilə evlərini tərk etsinlər. Ukraynada müharibənin müddəti artıq ikinci həftəyə qədər uzandığından, ailələrin ehtiyacları kəskinləşir. İndi 7,5 milyon uşaq təhlükədədi. Bura dava-dərman və ailələrin təhlükəsiz təxliyəsi də daxildi. Buyurun, mənə qoşulun və əlinizdən gələn hər şeyi edin”.



