Türkiyə millisinin üzvü Burak Yılmaz zədələnib."Futbol+" xəbər verir ki, "Lill"in hücumçusu bu səbəbindən ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacaq. Onun zədələnməyinin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Burak "çoban itləri"ndə keçirdiyi 22 matçda 11 qol vurub, 4 məhsuldar ötürmə edib. "Lill" Fransa çempionatında 20 turdan sonra 42 xalla PSJ ilə birlikdə turnir cədvəlinə başçılıq edir.