Fransanın bu klubu Burak Yılmazla danışıqlar aparır

25.05.2022 15:30 673
Dünya futbolu
"Lill"dən ayrılan Burak Yılmaz karyerasına Fransada davam edə bilər.

"Football-plus.az" xəbər verir ki, 36 yaşlı forvardla "Reyms" maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə Liqa 1 təmsilçisinin türk hücumçu ilə danışıqlar apardığı bildirilib.

Burak ötən mövsüm "Lill"lə 40 oyunda 7 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.