İngiltərənin "Arsenal" klubu müdafiəçisi Sokratis Papastatopulosla yollarını ayırıb."Futbol+" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı futbolçuyla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Müdafiəçi artıq azad agentdir və istədiyi kluba keçə bilər. Yunanıstanlı futbolçu 2018-ci ildən "Arsenal"ın şərəfini qoruyurdu.