Millimiz beynəlxalq turnirin çempionu oldu

2.05.2024 10:00 164
İdman
Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.

“Football-plus.az” xəbər verir ki, komanda turnirin həlledici oyununda son dünya çempionu Rumınyaya 5:4 hesabı ilə qalib gələrək mükafatı qazanıb.

Azərbaycan millisinin üzvləri fərdi mükfata da sahib olub. Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.