Minifutbol millimiz Avropa çempionatına hazırlıq məqsədilə Monteneqroda təlim-məşq toplanışını davam etdirməklə yanaşı, beynəlxalq turnirdə də iştirak edir.
Yığmamız ilk oyunda dünya çempionu Rumıniyaya 0:1 uduzsa da, ikinci görüşdə Bosniya və Hersoqovinanı darmadağın edib - 6:0. Bu görüşdə qolları Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov vurub. Yığmanın baş məşqçisi Elşad Quliyevin fikirlərini öyrəndik: