1-ci liqada çempionluq yolunda əsas komandalardan sayılan “İmişli”nin büdrəməsi “Şamaxı”ya “ikinciliy”ə yüksəlmək üçün zəmin yaratdı.
Şamaxı təmsilçisini bu yolda çətin “Zaqatala” səfəri gözləyir. Komandanın hazırki durumu və “İmişli”nin gözlənilməz məğlubiyyətindən necə yararlanacaqları barədə məlumat öyrənməyə çalışdıq. Bunun üçün “şirlər”in baş məşqçisi Ramiz Məmmədovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri: