• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Onun azarkeşlərlə poelmikaya girməsi də yanlış addımdı” - Yavər Rəhimovla bağlı tədbir görüləcək

Ölkə futbolu / Premyer-liqa / Manşet

2-05-2024, 18:0

Misli premyer-liqasının 32-ci turunun “Qəbələ” – “Kəpəz” qarşılaşması bir çox məqamla yadda qaldı.

Əsas məsələ “qırmızı-qaralar”ın premyer-liqanı tərk edəcəyinin rəsmiləşməsidi. “Sarı-göylər” isə yola arxayın davam edəcək. Oyunun əhəmiyyətini nəzərə alsaq, meydandakı hərarətin, rəqabətin və gərginliyin səviyyəsini təxmin etmək çətin deyil. Hətta bunu anlamaq üçün stadionda olmağa belə ehtiyac yoxdu. Lakin sonradan məlum oldu ki, tribunalarda yer almaq, matçı yerində və diqqətlə izləmək üçün başqa səbəblər ortaya çıxıb.

Əvvəl nəyi nəzərdə tutduğumuzu izah edək. Bilindiyi kimi, oyunun AFFA nümayəndəsi Yavər Rəhimov idi. Qurumun ölkə futbolundakı ağırlığı və səlahiyyətləri hər kəsə bəllidi. İşin ürəkağrıdan tərəfi isə Yavər bəyin ya bundan xəbərsizliyi, ya da məsuliyyətinin öhdəsindən gələcək qədər peşəkar olmamasıdı. Yoxsa stadionun A zonasında, üstəlik oyunun davam etməsinə baxmayaraq, tütün məmulatından istifadə etməyin qadağan olduğunu bilərdi!
Məsələ bununla bitmir. İddialara görə, Rəhimov müxtəlif şüarlarla “Qəbələ”ni dəstəkləyən azarkeşlərə səs-küy saldıqları üçün xəbərdarlıq edib. Tərəfdarların etiraz edərək “bəs tribunaya niyə gəlmişik? Əlbəttə, səsimiz çıxmalıdı!” cavabı onu daha da hiddətləndirib. Yavər bəyin cavabı isə təhdid dolu olub: “indi sizi stadondan qovacam”.
Görünür, o, azarkeşlərlə birbaşa dialoq qurmağın məqsədəuyğun sayılmadığını da bilmir! Ümumiyyətlə, AFFA nümayəndəsinin səlahiyyətinə oyunun təşkilinə və keçirilməsinə nəzarət etmək daxildi. O, bütün bunları yerinə yetirəndən sonra PFL-i məlumatlandırmalı, meydanda, yaxud kənarda olmuş insidentlər barədə raport yazmalıdı. Maraqlıdı ki, Yavər bəy bununla bağlı tədbirlərin görülməsi üçün çalışan şəxs olmaq əvəzinə hadisələrin iştirakçısı olmaqdan çəkinmir. Belədə matçda iştirak edən azarkeşlərin və başverənlərdən xəbərdar olan şəxslərin AFFA nümayəndəsi üçün cəza tələb etməsi də haqlı görünür. Bəs bu yöndə hansısa addım nəzərdə tutulubmu? Növbəti matçlarda da belə xoşagəlməz insidentlərin yaşanmaması üçün nə etmək lazımdı?

“Futbol+” qəzetinin bu suallar əsasında sorğusuna PFL-dən gələn cavabla tanış olaq:

“Biz belə halların yaşanmaması üçün AFFA nümayəndələrinə təlimatlar veririk. Tövsiyə və tələblərimiz davamlı olduğundan bu hadisə bizim üçün də gözlənilməz oldu. Bilindiyi kimi, bütün stadionlarda siqaret çəkmək üçün icazə verilən yerlər var. Lakin A zonası bura daxil deyil. Təəssüf ki, Yavər Rəhimov səhvə yol verib. Məsələ ətraflı araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Bununla bağlı adı çəkilən AFFA nümayəndəsinə xəbər vermişik. Onun azarkeşlərlə polemikaya girməsi də yanlış addımdı. Tərəfdarlar tərəfindən təhqirlər səsləndirilsə belə, birbaşa ünsiyyət qurulmamalıdı. Görülməli iş klub nümayəndəsinə və mühafizə xidmətinə məlumat verməkdi. Bununla yanaşı, diktora müraciət edilə bilər ki, stadionda olan şəxslərə xəbərdarlıq olunsun. Bu tədbirlərə baxmayaraq, məsələ həll edilməsə, hesabatda müvafiq qeydlər aparılmalıdı. Növbəti mərhələdə başverənlər AFFA İntizam Komitəsinin iclasında müzakirə edilməli, uyğun addımlar atılmalıdı. Yavər Rəhimovun davranışının səbəbinə gəlincə, o, ünvanına təhqir səsləndirildiyinə görə emosional davrandığını bildirdi”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

1-ci liqa

10-10-2022, 09:0

7-ci tura təyinat alan AFFA nümayəndələri məlum oldu

Manşet / Yazarlar

1-05-2024, 16:0

Görüşənədək, “Qəbələ”...

Premyer-liqa

3-02-2023, 17:0

Misli Premyer Liqasında 21-ci turun hakimləri - SİYAHI

Premyer-liqa

4-05-2023, 23:0

33-cü turun hakim təyinatları açıqlandı

Premyer-liqa

30-03-2023, 13:0

Misli premyer-liqasında 28-ci turun hakimləri

Aktual / 2-ci liqa

6-11-2023, 17:0

“Göygöl” cəzadan razıdı, ancaq hakimin də cəzalanmasını istəyir

Aktual
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Son xəbərlər
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 93
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə