• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Borussiya” hesabı açdı - YENİLƏNİR

Dünya futbolu / Çempionlar Liqası

1-05-2024, 23:0

Avropanın ən mötəbər klub turnirində bu formatda keçirilən son mövsümün başa çatmasına cəmi 5 oyun qalıb.

Bu gün böyük səbirsizliklə gözlənilən yarımfinal mərhələsinə start veriləcək. “Bavariya” bu turnirin kralını yenməklə “batmış” mövsümü xilas etməyə səy göstərəcəksə, Dortmund “Borussiya”sı bura qədər irəliləməsinin təsadüf olmadığını göstərməyə çalışacaq.

Almanlar ÇL-in pley-offunda Madrid nəhəngi ilə bacarmır
“Bavariya” bundesliqada 11 illik hegemonluqdan sonra taxtı əsrarəngiz “Bayer-04”ə təhvil verməli oldu. Amma münhenlilər klub futbolunun şahı sayı sayılan turnirdə mübarizəni davam etdirir. ÇL-i qazanmaq mümkün olacağı təqdirdə, sözsüz, fanatlar bütün uğursuzluqları Tomas Tuxelə bağışlayacaq. Bunu almaniyalı mütəxəssis də gözəl başa düşür. Münhenlilər bəlkə də “Real” ilə yox, başqa rəqiblə qarşılaşmaq istəyərdilər. Amma ÇL-in yarımfinalı artıq elə mərhələdi ki, burda rəqib seçmirlər. Burda yalnız rəqibi məğlub etməyin yolları barədə düşünürlər. “Bavariya” ilə “Real” avrokuboklar tarixində ən çox qarşılaşan komandalar olsalar da, 2018-dən bəri onların yolları kəsişməmişdi. Amma yaxın keçmişdə Madrid nəhəngi bu rəqibinə çox ağır zərbələr vurub. Təkcə bir faktı vurğulayaq ki, “rekordmayster” “Kral klubu”na qarşı keçirdiyi son 7 oyunun hamısında qələbəyə həsrət qalıb (1 heç-heçə, 6 məğlubiyyət)! Özü də bu oyunların hamısı ÇL-in pley-offuna təsadüf edib. Zatən indiyə qədər bu komandalar arasındakı 26 qarşılaşmanın hamısı ÇK/ÇL-in pley-offu çərçivəsində keçirilib. “Real” bu rəqibi 2013/14-ün yarımfinalında (evdə 1:0, səfərdə 4:0), 2016/17-in 1/4 finalında (səfərdə 2:1, evdə 4:2) və 2017/18-in yarımfinalında (səfərdə 2:1, evdə 2:2) mübarizədən kənarlaşdırıb. Amma bu seriyaya qədər “Bavariya” 2011/12-nin yarımfinalında Mourinyonun “Real”ını üstələmişdi (evdə 2:1, səfərdə 1:2, p. - 3:1). Tarixən hər iki klub hücumameyilli və baxımlı futbolu təcəssüm etsə də, onların hər ikisi bundan əvvəlki mərhələdə məhz müdafiə olunmaq qabiliyyəti hesabına rəqiblərini üstələdi. Bu oyunda Tuxelin seçəcəyi taktikadan çox şey asılı olacaq. Çünki “Real” zatən belə oyunlarda əks-hücumlarda özünü suda balıq kimi hiss edir. “Bavariya” evdə oynadığından bir tərəfdən irəli gedib qol vurmağa çalışmalıdısa, digər tərəfdən Visinisula Rodriqonun sürətli keçidlərinin qarşısını almağa səy göstərməlidi.

“Bavariya” hər nə qədər İspaniya klublarına qarşı keçirdiyi son 11 matçın yalnız 1-də uduzsa da, komanda ÇL-in pley-offunda ispanlara qarşı son 8 duelin cəmi 2-də mərhələni adlayıb. Söhbət 2017/18-in 1/4 finalında “Sevilya” (səfərdə 2:1, evdə 0:0) və 2019/20-nin 1/4 finalında “Barselona” (neytral meydanda 8:2) ilə oyunlardan gedir. “Real” son illərdə tez-tez bundesliqa təmsilçiləri ilə üzləşir. Təkcə bu mövsüm komanda artıq “Union” və “Leyptsiq”ə qarşı 4 belə oyun keçirib.

Madridlilərin almanlara qarşı son 18 oyunda cəmi 1 məğlubiyyəti var (12 qələbə, 5 heç-heçə). “Kral klubu” konkret ÇL-in pley-offunda almanlara qarşı son 8 duelin hamısından (!) qələbə ilə ayrılıb. Son uğursuzluq 2012/13-ün yarımfinalında Dortmund “Borussiya”sına qarşı qeydə alınıb (səfərdə 1:4, 2:0). Madrid klubunun fanatlarını narahat edə biləcək yeganə məqam odu ki, onların sevimliləri ÇL-in yarımfinalında son 3 səfər matçının hamısında uduzaraq ümumilikdə bu matçlarda 10 top buraxıblar.

“Borussiya” PSJ-ni qrupda saxlamadığına görə peşman olacaqmı?
Digər yarımfinala gəlincə, PSJ Dortmunda səfər edəcək. Əvvəlki mərhələdə “Barselona”ya qarşı ilk oyundan sonra çoxları parislilərin üzərindən xətt çəkmişdi. Amma Luis Enrikenin komandası səfərdə “Barsa”ya futbol dərsi keçdi. Əzəmətli Mbappe həmin qarşılaşmada dubl etməklə bu mövsüm ÇL-də vurduğu qolların sayını 8-ə çatdırdı və bombardirlər yarışında liderliyi ələ keçirdi. Yeri gəlmişkən, artıq ÇL-in pley-offundakı səfər oyunlarında Mbappenin hesabında 15 qol var və o, bu göstəricidə yalnız Kriştiano Ronaldodan (23) geri qalır. Amma “Borussiya”nı belə faktlarla qorxutmaq olmaz. Komanda ÇL-də evdə keçirdiyi son 10 qarşılaşmada məğlubiyyət acısı yaşamayıb (6 qələbə, 4 heç-heçə). Edin Terziçin kollektivi Avropada çox məşhur olan “sarı divar”ın köməyi ilə ilk oyunda özünə lazım olan nəticəni qazanmağa çalışacaq. Komandalar bir-birini gözəl tanıyır. Axı bu mövsüm onların yolu artıq kəsişib. Qrup mərhələsində Paris nəhəngi evdə 2 cavabsız topla üstün olmuşdu. Dortmunddakı oyun sonuncu tura təsadüf etmiş və həmin vaxta qədər “Borussiya” artıq pley-offu təmin etmişdi. Dortmunddakı oyunda (1:1) PSJ hesabda geri düşsə də, bərabərlik qolunu vura bildi. Halbuki həmin qol olmasaydı, komanda qrupda qalacaqdı! Gözləyək görək, “Borussiya” 2020-ci ilin finalçısını qrupda saxlamadığına görə peşman olacaqmı? “Arılar” indiyə qədər avrokubokların yarımfinalında evdə keçirdikləri 8 qarşılaşmanın yalnız 1-də uduzub (5 qələbə, 2 heç-heçə). Bu məqam fanatları ümidləndirməyə bilməz. PSJ-nin statistikası o qədər də ürəkaçan deyil. Komanda bu turnirdə indiyə qədər keçirdiyi 5 yarımfinal matçının cəmi 1-də qalib gəlib (4 məğlubiyyət). Amma əvəzində Paris nəhəngi “Borussiya”nı 2019/20-də ÇL-in 1/8 finalında mübarizədən kənarlaşdırmaqla öyünə bilər (səfərdə 1:2, evdə 2:0).

Dortmund klubu üçün Fransa təmsilçilərinə qarşı avrokubokların pley-offundakı son 3 duelin hamısı uğursuz alınıb. Az öncə qeyd etdiyimiz 2020-ci ildəki məğlubiyyətdən başqa “Borussiya” 2016/17-də ÇL-in 1/4 finalında “Monako”ya (evdə 2:3, səfərdə 1:3) və 2003/04-də UEFA kubokunun 2-ci mərhələsində “Soşo”ya (evdə 2:2, səfərdə 0:4) boyun əyib. PSJ isə final da daxil olmaqla avrokubokların pley-offunda almanlara qarşı keçirdiyi 7 duelin 2-dən məğlubiyyətlə ayrılıb. Hər iki uğursuzluq “Bavariya” ilə oyunlara (2020-nin finalı və ötən mövsümün 1/8 finalı) təsadüf edib.

yarımfinal, ilk oyunlar
30 aprel

Bavariya – Real 2:2
Leroy Sane, 54, Harri Keyn, 57-pen. - Vinisius Juniyor, 24, 83

Cəzalı: yoxdu/Karvaxal
Hakim: Kleman Turpen (Fransa)

1 may
Borussiya D – PSJ 1:0
Niklas Füllkruq, 36

Cəzalı: yoxdu
Hakim: Entoni Teylor (İngiltərə)

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

25-04-2024, 12:0

“Bavariya” Ranqnik ilə danışıq aparır

Dünya futbolu

20-02-2023, 20:0

Naqelsmannın üzü döndü...

Manşet / Çempionlar Liqası

18-04-2024, 01:0

”Bavariya” və “Real” yarımfinalda - YENİLƏNİB

Çempionlar Liqası

4-11-2022, 19:0

“Bavariya” rekordlara doymur

Dünya futbolu

29-01-2024, 22:0

“Bavariya” bu dəfə sürprizə imkan vermədi

Aktual
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
Son xəbərlər
  • Bu gün, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Bu gün, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Bu gün, 14:41
    “Dinamo”da kimlər var?
  • Bu gün, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Bu gün, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Bu gün, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə