Fransanın son çempionu ''Lill'' üçün yeni mövsüm uğursuz start götürüb.
Düzdü, komanda mövsümə PSJ-ni superkubokda yenməklə başladı. Amma Liqa-1-də ''itlər'' ilk qələbəni yalnız 4-cü turda əldə etdilər. Komanda 4 turdan sonra topladığı 5 xalla 10-cu pillədə qərarlaşıb. Bu arada Burak Yilmazın ''Lill''də avqustun ən yaxşı oyunçusu seçildiyi məlum olub. Fanatlar arasında aparılan sorğuda məhz 36 yaşlı türkiyəli forvard qalib gəlib. Burak avqustda meydanda olduğu 5 rəsmi oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Türkiyə yığmasının kapitanı ötən mövsüm dekabr və apreldə də fanatlar arasındakı sorğuda qalib gələrək ''Lill''in ən yaxşı futbolçusu seçilmişdi.