Avropa Kubokuna qatılacaq gimnastlar müəyyənləşib

2.05.2024 15:00 207
İdman
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunda ölkəmizi təmsil edəcək qrup hərəkətləri komandasının heyəti və fərdi gimnastların adları açıqlanıb.

Qrup komandasının heyəti 6 nəfərdən ibarətdi. Bunlar Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadı. Fərdi yarışda isə ölkəmizi iki gimnast - Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcək.

Bədii gimnastika üzrə Avropa Kuboku mayın 3-5-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək.