Burak Yılmaz karyerasını Türkiyədə davam etdirəcək.
Bu barədə yerli mətbuat xəbər yayıb. "Beşiktaş"ın prezidenti Ahmed Nur Çebi mövsümün sonunda "Lill"dən ayrılacaq oyunçunu "qara qartallar"a gətirəcək. Onun Fransa təmsilçisi ilə sözləşməsi bu yay başa çatır.
Qeyd edək ki, Burak "Lill"in heyətində Fransa çempionu və kubokunun qalibi olub.