19 yaşadək qadın futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının 2026/27 mövsümünün 1-ci seçmə mərhələsində növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, B liqasının üçüncü qrupunda mübarizə aparan yığmamız Şimali Makedoniya millisi qarşılaşacaq.
Şimali Makedoniyanın Strumitsa şəhərindəki “Qoran Pandev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.
Millimiz ilk qarşılaşmada Serbiyaya məğlub olub (0:4). Şimali Makedoniya isə Monteneqro üzərində 7:3 hesablı qələbə qazanıb.
Qrupun digər görüşündə Serbiya və Monteneqro komandaları üz-üzə gələcəklər.
Yarışın reqlamentinə əsasən, B liqasının altı qrupunun qalibi və ikinci yeri tutan ən yaxşı komanda növbəti seçmə mərhələdə A liqasında mübarizə aparmaq hüququ qazanacaq.
Yığmamız qrupdakı son qarşılaşmasını dekabrın 2-də Monteneqroya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
U-19 millimiz Şimali Makedoniya ilə qarşılaşacaq - AÇ
Ölkə futbolu





