Millimiz seçmə mərhələdə mübarizəyə başlayır - AÇ

25.11.2025 10:31 8
Ölkə futbolu
U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız Sloveniya ilə üz-üzə gələcək. Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 15.00-da start götürəcək.

Xatırladaq ki, B Liqasının 5-ci qrupunda yer alan milli növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.