Aleks de Souzanın yeni klubu bəlli oldu

29.11.2026 12:25
Dünya futbolu
Son olaraq çalışdırdığı Braziliyanın B seriyası təmsilçisi ''Atletik Klub'' ilə yeni müqavilə mövzusunda anlaşma əldə edə bilməyən Aleks de Souzanın yeni klubunun adına aydınlıq gəlib. 49 yaşlı mütəxəssisin ''Fortaleza''nın başına keçəcəyi iddia edilsə də, Aleks ''Seara'' ilə anlaşıb. Tərəflər arasında birillik müqavilə imzalanıb. Onun ''Atletik Klub''dakı köməkçiləri - Xose Roberto Lusini, Joao Paolo Kavalkanti və fizioterapevt Aleksandre Souza ''Seara''da da Aleksin köməkçisi vəzifəsini icra edəcək. Qeyd edək ki ''Seara'' da Braziliyanın B seriyasında çıxış edir. Bu komanda geridə qoyduğumuz mövsümdə yalnız son turda 1:1 hesablı bərabərlik sayəsində 16-cı pilləni tutaraq C seriyasına yuvarlanmaqdan qurtuldu. Fortaleza şəhərini təmsil edən ''Seara'' Aleksin karyerasındakı 5-ci klubdu. Məşqçi karyerasına ''San Paulu'''nun U-20 komandasında başlayan ''Fənərbaxça''nın əfsanəsi daha sonra ''Avay'', ''Antalyaspor'', ''Operario'' və ''Atletik Klub''u çalışdırıb.