Aleksin ilk ciddi sınağı 5 ay çəkdi

6.05.2023 11:29 281
Dünya futbolu
Futbolçu kimi ''Fənərbaxça''nın əfsanəsi sayılan braziliyalı Aleks De Souza müstəqil məşqçi kimi ilk ciddi sınağın öhdəsindən gələ bilməyib.

"Football-plus.az" xəbər verir ki, məşqçi karyerasına ''San Paulu''nun U-20 komandasında başlayan və burda ilyarım çalışan Aleks bu ilin yanvarın 1-də Braziliyanın B seriyasında çıxış edən ''Avai'' ilə ilyarımlıq müqavilə imzalamışdı. Amma srağagün tərəflər qarşılıqlı şəkildə anlaşaraq yolları ayırmaq qərarına gəliblər.

Yəni 45 yaşlı mütəxəssisin bu macərası 5-ci ay tamam olmadan başa çatıb. Köməkçiləri də onunla birlikdə ayrılıb. Komanda onun başçılığı altında keçirdiyi 18 rəsmi oyundan 6 qələbə, 3 heç-heçə, 9 məğlubiyyətlə ayrılmış oldu. Həm rəhbərlik, həm də fanatlar nəticələrdən narazı idi.

''Avai'' yaxşı heyət qurmasına və elitaya yüksəlməyə namizəd sayılmasına baxmayaraq aprelerin ortalarında start götürən B seriyasında ilk 4 oyunun 3-də uduzaraq 16-cı pillədə qərarlaşıb.

ƏLİ