Firuz Abdullanın AFFA-dakı vəzifəsi kimə tapşırılıb? - AÇIQLAMA

6.07.2023 13:09 666
Aktual
Dünən "Səbail"in yeni icraçı direktorunun adına aydınlıq gəldi. Bu vəzifə Firuz Abdullaya həvalə olundu.

Bilindiyi kimi, Firuz bəy bu təyinatdan sonra AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri postundan ayrıldı. Maraqlıdı, onu kim əvəzləyəcək? Yeni təyinat nə vaxt reallaşacaq? Hazırda bu vəzifəni kim icra edir?

"Football-plus.az" saytı olaraq bu suallara aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Etibar Tağıyevlə əlaqə saxladıq:

"Bizim departamentdə iş strukturu elə qurulub ki, hansısa axsama olmur. Ancaq bu vəzifə konkret kiməsə həvalə olunmayıb. Firuz Abdulla hazırda məzuniyyətdədi. Çox güman, məzuniyyətdən sonra yeni iş yerində fəaliyyətə başlayacaq. Onun yerinə isə hələlik təyinat olmayıb. Yəqin ki. yaxın günlərdə bununla bağlı məlumat veriləcək".


ABDULLA İSMAYILOĞLU