Məşhur futbolçu qəzaya düşdü

28.11.2026 10:00
Dünya futbolu
Pyer-Emerik Obameyanq noyabrın 26-da kiçik şok yaşayıb. “Deportivo”nun hücumçusu məşqə gedərkən yol qəzasına düşüb.

"Football-plus.az" xəbər verir ki, bu haqda “Marca”nın yaydığı məlumata görə, hadisə cümə axşamı səhər klubun bazası yaxınlığında yerləşən AP-9 avtomobil yolunda baş verib. Qabonlu futbolçunun idarə etdiyi idman avtomobili başqa maşınla toqquşub. Hər iki avtomobilə ziyan dəysə də, qəza nəticəsində xəsarət alan olmayıb. Obameyanq bir neçə saat sonra komanda ilə məşqdə adi rejimdə iştirak edib.

Pyer-Emerik məşqdən sonra jurnalistlərə açıqlamasında qəza anında kiçik qorxu hissi keçirdiyini bildirib: “Vəziyyətim qaydasındadı. Həyada belə hadisələr olur. Əsas odu ki, mənimlə birgə qəzanın iştirakçısı olan şəxs də xəsarət almayıb. Pis hadisədən sonra xoş məqam gəlir”.