Obameyanq özünə komanda tapdı

22.07.2023 17:10 208
Dünya futbolu
Pyer-Emerik Obameyanq özünə yeni komanda tapıb.

"Football-plus.az" xəbər verir ki, onun “Marsel”ə gözlənilən keçidi rəsmiləşib.

İnsayder Fabritsio Romanonun məlumatına görə, qabonlu hücumçu ilə bağlanan müqavilənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Bir müddət əvvəl “Çelsi”nin 34 yaşlı futbolçunu “Marsel”ə təzminatsız buraxacağı haqda məlumat yayılmışdı.

Xatırladaq ki, Pyer-Emerik “Çelsi”yə 2022-ci ildə “Barselona”dan keçmişdi. O, ötən mövsüm premyer-liqada keçirdiyi 15 oyunda 1 qol vurub.