"Xilasedici" Sloveniya təmsilçisinə uduzdu

19.11.2026 23:23 45
İdman
“Xilasedici” kişi voleybol komandası CEV Çempionlar Liqasında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz 3-cü təsnifat mərhələsinin ilk görüşündə Sloveniyanın “ACH Volley Lyublyana” klubunu qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu noyabrın 26-da Sloveniyanın paytaxtı Lyublyanada təşkil olunacaq.

“Xilasedici” əvvəlki mərhələdə Portuqaliya “Sportinq”ini mübarizədən kənarlaşdırıb.