"Sabah" noyabrın 25-də Çempionlar Liqasının liqa mərhələsində "Barselona"nı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21.45-də start götürəcək.
Qonaqların Bakıya nə vaxt təşrif buyuracağı, matçdan əvvəl komandaların baş məşqçilərinin iştirakı ilə keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı məlum olub. Bu barədə "Football-plus.az"a "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
Həmkarımızın sözlərinə görə, İspaniya nəhəngi paytaxtımıza noyabrın 23-də gələcək. 24-də, saat 19.15-də qonaqların çalışdırıcısı Hans-Diter Flik media nümayəndələrinin önünə çıxacaq. "Barselona"nın açıq məşqi saat 20.00-da başlayacaq. "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas isə saat 18.00-da mətbuat konfransı keçirəcək. "Bayquşlar"ın açıq məşqi saat 18.30-da start götürəcək.
Bütün tədbirlər Bakı Olimpiya Stadionunda olacaq.
KƏNAN BAHADIR
Əvvəl Dambrauskas danışacaq, sonra Flik - "Barselona" Bakıya nə vaxt gəlir?
Avrokuboklar / Manşet





