"Sabah"ı oyun üslubuna görə "Barselona" ilə müqayisə edərdim" - Yindrjix Trpişovski

12.10.2026 19:54 27
Avrokuboklar / Manşet
Sabah Çempionlar Liqasının liqa mərhələsində “Slaviya” “Sabah”ın qonağı olacaq.

Bu gün rəqibin baş məşqçisi Yindrjix Trpişovski jurnalistlər önünə çıxdı.

- Zədəli oyunçuların durumu necədi?
- Bəzi futbolçuların kiçik zədələri var idi. Bilirik ki, hansı oyunçular oynamayacaq. Məmnunuq ki, belə futbolçularımız var. Çatışmazlıqları aradan qaldıra bildik.

- "Sabah" haqda nə deyə bilərsiz?
- "Sabah" elə komandadı ki, oyun üslubuna görə "Barselona" ilə müqayisə edərdim. 4-3-3 sxemində oynayırlar. "Sabah" daha çox hücumda oynayır, topa nəzarət etməyə çalışır. Komanda fərdi keyfiyyətlərlə özünü göstərir. "Mançester Yunayted"lə görüşdə də bir neçə qol şansı əldə etdilər. Orda yaxşı nəticə əldə etmək olardı. "Sabah" ardıcıl hücumlar həyata keçirən komandadı. Hansı komandanın hücumçuları güclü olursa, bu, həlledici amildi.

- "Slovan"ın baş məşqçisi olarkən "Qarabağ"la Avropa Liqasında qarşılaşmışdız. Geridə qalan illərdə karyeranızda və Azərbaycan futbolunda, sizcə, nə dəyişib?
- Bura ikinci dəfə gəlirəm. 10 il əvvəl gəlmişdim. Sabah da həmin oyuna uyğun matç olacaq. Şəhərdə böyük dəyişikliklər var. Karyeramda da bir çox dəyişikliklər baş verdi. "Slaviya"nın baş məşqçisi oldum və belə nəticələr qazanırıq. Bir sıra məsələlər dəyişib. Ətrafım da dəyişib.

- Bir çox azarkeşlərin və bukmekerlərin təhlilinə görə favorit sizsiz. Bu haqda nə düşünürsüz?
- "Sabah"la oyun bizə çox böyük təcrübə verəcək. İnanırıq ki, azarkeşlərimiz də bizə güvənir.

İSRAYIL XEYRULLAYEV