Misli premyer-liqasının 7-ci turunda “Sabah” “Palms Sports Arena”da səfərdə “Neftçi” ilə qolsuz heç-heçə etdi - 0:0.
Oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlər önünə çıxdı.
- Bu gün “Sabah” 2 xal itirdi, yoxsa 1 xal qazandı?
- Çox yaxşı sualdı. Bu mərhələdə bundan danışmaq tezdi. Bəzən itirdiyin xalları geri qazana və ya əksinə, itirə bilərsən. Cəmi 6 oyun keçirmişik. Daha 27 daha oyunumuz var. Bu gün iki böyük komanda qarşılaşdı. Bir qədər çirkin oyun gördük. Sanki tərəzi kimi idi. Hər iki tərəfin üstün cəhətləri var idi. Fasilədən sonra bəzi futbolçular ritmi itirdilər. Biz daha yaxşı bərpa keçməliyik. “Slaviya”ya qarşı bizi ciddi sınaq gözdəyir.
- Bu matçı avrokuboklardan öncə keçirilmiş yaxşı məşq kimi hesab etmək olar? Həm də bu matçı təxirə salmaq şansınız var idi. Niyə salmadız?
- Bu ola bilməz. Biz gərək “Borussiya” ilə oyundan öncə “Qəbələ”, “Vikinq” və “Barselona” ilə matçlardan öncə də liqa matçlarını təxirə salaq. Bu doğru deyil. Yetərincə geniş heyətimiz var.
- Belə çətin matçdan sonra komandanı Çempionlar Liqasına hazırlamaq nə dərəcədə çətin olacaq?
- Mən belə sualları anlamıram. Çətin olsa da, olmasa da, bu mənim vəzifəmdi. Oyunçuları matça hazırlamalıyam. Hər kəsin çətin vaxtları olur. Siz də səhər oyanıb, hazırlaşıb, oyuna gəlirsiz. Nəticə uğurlu olanda asan, olmayanda çətin kimi qiymətləndirirlər. Bizim məqsədimiz komandaları oyuna hazırlamaqdı.
- Fasilədə yoldaşlıq görüşləri keçirməyən komandalardan biri olduz. Oyun zamanı yalnız 61-ci dəqiqədə Umaralı, İsayev və Mikelsə şans verdiz. Buna səbəb milli komandaların oyunlarından yeni qayıtmaları, yoxsa rəqibə 2-ci hissədə daha çox təzyiq göstərmək idi?
- Mən hər zaman mənimlə birgə olan futbolçulara fasilədən sonrakı ilk oyunlarda üstünlük vermək istəyirəm. Bu daha məntiqlidi. Milli komandalarda olan futbolçular yorulurlar. Mənimlə üç həftə birgə işləyən futbolçulara daha çox şans verdim. Puxaçdan başqa digər futbolçuların hamsı bizimlə çalışıb. Xaybullayev, Mikels və İsayev bir dəfə məşq ediblər. Du Keyros 3 həftədi bizimlədi. Bu üzdən ona şans verdik.
- Bu mövsüm iki cəbhədə mübarizə aparırsız. Bu sizin işinizi çətinləşdirirmi?
- Çətin və ya asan olduğunu demək nəyisə dəyişmir. Ötən mövsüm ilk 3 turda 5 xal itirmişdik. İndi isə ilk 6 matçda 2 xal itirmişik.
- Heç-heçəyə görə Pokatilovu qəhrəman adlandırmaq olar?
- Ona siz özünüz qərar verirsiz.
İSRAYIL XEYRULLAYEV
“Mən belə sualları anlamıram” - Valdas Dambrauskas
Ölkə futbolu / Manşet






