"İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız?" - Valdas Dambrauskas

13.12.2025 19:38 37
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 15-ci turunda “Sabah” “Turan Tovuz”u məğlub etdi - 3:1.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas iştirak edib.

- Oyunçularımı təbrik edirəm. Möhtəşəm oyun sərgilədik. Vacib 3 xal idi. Çətin oyun oldu. Rəqibin müdafiəsini yarmaq çox çətindi. Futbolçularım möhtəşəm oynadı. “Sabah” ailəsini təbrik edirəm.

- Bəlkə mövsümün əvvəlində yox idi. İndi komandanın çempionluq hədəfi var?
- Hədəfimiz şənbə günü qələbə qazanmaqdı. Bizi çətin oyun gözləyir. Qarşıdan gələn oyunlara hazırlaşacağıq. Bakıya qayıtmaq da çətindi. Elə komandaya qarşı oynayacağıq ki, ölkənin ən yaxşı komandasıdı.

- Tovuz şəhəri haqda fikirləriniz necədi?
- Mən azərbaycanlı deyiləm. Burda qonağam. Burda işləmək mənim üçün xoşbəxlikdi. Azarkeşlər möhtəşəm idi, meydança isə yox. İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Uzaq səfərdən gəlib qələbə qazana bilərik. Amma çox çətindi. Belə meydançada oynamaqla heç bir inkişafdan söhbət gedə bilməz.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul