Türkiyə çempionu hazırda Avropada bəlkə də ən yaxşı formada olan komanda - ''Barselona'' ilə qarşılaşacaq. İstanbul nəhənginin baş məşqçisi Okan Buruk dünənki oyunöncəsi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib:
''Fanatlarımızın bu matçda həmişəkindən də çılğın olacağını düşünürəm. Hamımız həyacanlıyıq. Bizim üçün önəmli gecələrdən biri olacaq. Komandama güvənirəm. Ötən mövsüm öz meydanımızda ''Liverpul'' və ''Yuventus'' kimi klublara qarşı çox yaxşı performans sərgiləmişdik. Bu dəfə də əlimizdən gələni edəcəyik. ''Barselona'' mükəmməl və dünyanın ən yaxşı klublarından biridi. Bizi inanılmaz bir oyun gözləyir. Belə atmosferdə oyun vaxtı məşqçi üçün futbolçularla ünsiyyət qurmaq mümkünsüz olur. Çünki futbolçular məşqçinin nə dediyini eşitmir. Lamin Yamal əla futbolçudu. Tək onun qarşısını kəsməyə yönəlmiş bir plan qurmaq yanlış olar. Biz Yamala qarşı yox, ''Barselona''ya qarşı oynayırıq. Ancaq təbii ki, onu dayandırmaq üçün də müəyyən planımız olacaq''.






