Sabah “Sabah” Çempionlar Liqasının liqa mərhələsində “Slaviya”nı qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək matçdan öncə “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransı keçirdi.
- "Mançester Yunayted"lə oyunda 3 xal gözləməyimiz düz olmazdı. "Slaviya" isə uyğun rəqibdi. Bu oyunda "Sabah"ın qələbəsini gözləmək, komandada və sizin üzərinizdə təzyiq yaratmır ki?
- Bu səviyyədə oyunlarda meydana çıxanda əlimizdən gələni etməyə çalışırıq. Hər kəs də yaxşı nəticə gözləyir. "Slaviya" da eyni nəticəsini istəyir. 90 dəqiqədə çox şey baş verə bilər. Baş məşqçi olaraq işim oyuna köklənmək və meydanda nələrin baş verdiyini izləməkdi.
- "Slaviya"nın oyun tərzi haqda bizə nə məlumat verə bilərsiz?
- "Slaviya" güclü komandalardan biridi. Gözəl oyun sistemi olan kollektivdi. Bir çox məsələlərdə, fiziki cəhətdən çox hazır komandadı. Onlar heç vaxt yorulmurlar, həmişə pressinqə üstünlük verirlər. "Slaviya"nın baş məqşçisi uzun müddətdi komandadadı. Qısa ötürmələrlə hücumameyilli oynayırlar. Çexiya çempionatında, demək olar ki, bir və iki ötürmədən sonra hücuma meyillənirlər. Biz konsentrasiyanı itirməməyə çalışmalıyıq. Bu səviyyədə olan komandalar rəqibi cəzalandırmağa hazır olur. Öz gücümüzə inanıram. Ümidvaram ki, rəqibin zəif nöqtələrini tapıb, istifadə edəcəyik. Əsas məsələ mental cəhətdən hazır olmaqdı.
- "Slaviya" da "Sabah"la matça 3 xal gözü ilə baxır. Bu, sizi ikiqat motivasiya edir?
- Bəli, biz bundan xəbərdarıq, uzun müddətdi səfərdə qalib gələ bilmirlər. Nəyə qadir olduğumuzu bilirik. Bəlkə onlar üçün asan rəqib kimi görünürük. Bizim də özümüzü sübut etmək şansımız var. İnanmıram ki, bu, mənim üçün əlavə motivasiya olsun. Mənim üçün ən böyük motivasiya meydana çıxmaq və ən yaxşısını etməkdi. Bu vaxta qədər möcüzə yaratmışıq.
- Milyonçu ola bilmədiz, amma Azərbaycanda tarix yazdız, "Sabah"ı çox önəmli yerlərə gətirdiniz. Türkiyəyə mesajınız nədi?
- Azərbaycan və Türkiyə qardaş ölkələrdi. Azərbaycanlı deyiləm. Amma mən də burdayam. Türkiyə futbolunun tarixini, "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor" və digər klubların nailiyyətlərini bilirik. Orda mükəmməl oyunçular var. Azərbaycan da bu tarixi yazmağa davam edir. Azərbaycanın da Çempionlar Liqasında nailiyyətləri pis deyil. Bilirik ki, türklər futbolu çox sevirlər. Həmişə Türkiyəni nümunə götürürük. Azarkeşləriniz mükəmməldi.
İSRAYEL XEYRULLAYEV
“Ümidvaram ki, rəqibin zəif nöqtələrini tapıb, istifadə edəcəyik” - Valdas Dambrauskas
Avrokuboklar / Manşet






