London klubunun tarixinə düşdü

24.08.2026 15:00 1
Dünya futbolu
Arçi Qrey “Tottenhem”in tarixinə düşüb.

"Football-plus.az" xəbər verir ki, o, rəsmi oyunlarda komandanın ən gənc kapitanı olub. 20 yaşlı müdafiəçi İngiltərə premier-liqasının ilk turunda “Brentford”a qarşı keçirilən matçda (0:3) komandasını kapitan kimi meydana çıxarıb. Qrey 20 yaş 163 günlüyündə bu rekorda imza atıb. Bununla da o, indiyədək rekordun sahibi olan klubun əfsanəsi Stiv Perrimanı geridə qoyub. Perriman 20 yaş 260 günlüyündə “Tottenhem”in kapitanı olmuşdu.

Xatırladaq ki, Arçi ötən mövsüm “Tottenhem”in heyətində bütün turnirlər daxil olmaqla 35 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul