Messi özünü ziyana saldı

4.09.2026 10:25 1
Dünya futbolu
“İnter Mayami”nin kapitanı Lionel Messi və qapıçısı Yan Frey MLS-də “Filadelfiya Yunion”la keçirilən oyundan sonra cərimələniblər.

"Football-plus.az" xəbər verir ki, 2:2 hesabı ilə başa çatan matçdə Messi Kavan Sallivanla yaşanan mübahisə zamanı rəqibinin başına vurmuşdu. Sonra Frey də Sallivanla mübahisə etmişdi. Oyunun əlavə vaxtında isə Kavanla “İnter Mayami”nin digər futbolçusu Yannik Brayt arasında dava düşmüş və hər iki oyunçu qırmızı vərəqə almışdı.

Müstəqil komissiya oyundakı epizodları yenidən nəzərdən keçirib. Kavan Sallivana verilən qırmızı vərəqə ləğv olunub. Messi ilə Frey isə pul cəriməsinə məruz qalıblar. Cərimələrin məbləği açıqlanmayıb.