Lamin Yamal Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.
"Football-plus.az" xəbər verir ki, “Barselona”nın vingeri buna liqa mərhələsinin 3-cü turunun “Olimpiakos”a (Yunanıstan) qalib gəldikləri matçında (6:1) iştirak etməklə nail olub. 18 yaşlı ispaniyalı ÇL-də 25 oyunda meydana çıxan ən yeniyetmə futbolçudu.
Ondan əvvəl Uorren Zair-Emeri bunu 19 yaş 32 günlüyündə, Fransesk Fabreqas 19 yaş 292 günlüyündə, Anderson Oliveyra isə 19 yaş 326 günlüyündə bacarıb.