UEFA "Sabah"ın müdafiəçisini cəzalandırdı

23.11.2026 17:54 0
Avrokuboklar
"Sabah"ın müdafiəçisi Eyden Makkartinin cəzası məlum olub.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqası liqa mərhələsinin "Vikinq"lə səfər matçında qırmızı vərəqə alan cənubi afrikalı futbolçu iki oyunluq diskvalifikasiya edilib.

22 yaşlı mərkəz müdafiəçisi "Barselona" ilə ev, "Vilyarreal" səfər oyununda komandaya kömək edə bilməyəcək.

"Sabah" Makkartini mövsümün əvvəlində ölkəsinin "Kayzer Çifs" klubundan transfer edib. O, "bayquşlar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol vurub.