Yamal Bakıya gələ bilməyəcək - SƏBƏB

23.11.2026 15:07 0
Avrokuboklar
"Barselona" Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda "Sabah"ın qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, İspaniya nəhəngi görüşə ciddi itki ilə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın liderlərindən olan Lamin Yamal "bayquşlar"a qarşı oynamayacaq. Ulduz futbolçunun topuğunda yüngül zədə var. Buna görə də 19 yaşlı vinger kollektivlə birgə Bakıya gəlməyəcək. Onun bazar günün La Liqada "Deportivo"ya qarşı matçda iştirak edəcəyi gözlənilir.

Yamal "Barselona"nın yetirməsidi. İspaniya millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 13 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

"Sabah" - "Barselona" qarşılaşması noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21.45-də start götürəcək.