Bəs belə islahatlar futzalın inkişafı üçün yetərlidimi? Yeni qərarları necə dəyərləndirmək olar?
Bu suallarla futzal üzrə mütəxəssisi Ağatahir Əzimova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Futzalda maaşlar çox aşağı səviyyədədi. Yalnız "Neftçi" və "Araz-Naxçıvan"ın oyunçuları 1000 manat civarında məvacib alır. Qalan komandaların üzvləri 400-500 manatla dolanmağa çalışır. Peşəkar-liqada oynadıqları üçün başqa çempionatlarda da iştirak edə, əlavə pul qazana bilmirlər. Komanda sayının artırılması yaxşı təşəbbüsdü. İş ondadı ki, bu gün peşəkar azərbaycanlı futzalçıların sayı azdı. Əksəri minifutbola üz tutub, ayda 2-3 min manat qazanırlar. Onları da qınamaq olmur. Gənclər pul qazanmaq istəyirlər. Millinin sabiq baş məşqçisi Joze Alesio Da Silva yerli futzalçıların inkişafına mane oldu, yalnız braziliyalıları gətirdi, onlara pul qazandırdı. AFFA-nın ayırdığı 5 min manat maaşların artırılmasına ciddi təsir göstərməyəcək. Klubların sponsorları olmalıdı ki, ayda heç olmasa, 10 min manat yardım etsinlər. Yeni yaradılan U-19 liqasında da futzalçılara maaş verilməlidi. Oyunçuların azı yolpulu təmin edilməlidi. Futzala böyük məbləğdə maliyyə ayrılmadıqca bu islahatların faydalı olacağını düşünmürəm".
KƏNAN BAHADIR




