Lionel Messi Argentina Futbol Assosiasiyasına (AFA) məktub göndərib. Bu barədə “Marca” məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, İspaniya nəşrinin yazdığına görə, “İnter Mayami”nin 39 yaşlı hücumçusu futbol qurumundan onun adından və təsvirlərindən kommersiya məqsədləri üçün istifadəni dayandırmağı tələb edib.
Argentina yığmasının sabiq kapitanı öz imicinin ölkə futbolunun rəhbər şəxsləri ilə əlaqələndirilməsini istəmir. AFA-nın Messinin adından və fotolarından kommersiya məqsədləri üçün istifadə etməsinin futbolçunun beynəlxalq sponsorlarla münasibətlərinə mənfi təsir göstərə biləcəyi vurğulanır.
Lionelin bu qərarı AFA ətrafında yaranmış maliyyə qalmaqalları, həmçinin qurumun 2022-ci ilin dünya çempionunun kommersiya tərəfdaşları ilə fikir ayrılıqları ilə əlaqələndirilir.
Messi AFA-dan nə tələb edib?
Dünya futbolu





