“Sabah” Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda “Vikinq”lə keçirəcəyi oyun üçün Norveçə yola düşüb.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar" bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Vikinq” - “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
Təmsilçisi indiyədək keçirdiyi üç oyunda bir qələbə qazanıb, iki dəfə məğlub olub və 3 xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşıb.
“Sabah” Çempionlar Liqası üçün Norveçə yollandı
Avrokuboklar





